Modern.az

AFFA \"Neftçi\"ni CƏRİMƏLƏDİ

AFFA \

6 İyun 2023, 13:32

AFFA-nın İntizam Komitəsi "Neftçi" futbol klubunu 5 min 600 manat məbləğində cərimələyib.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisinin "Qəbələ"yə uduzduğu Azərbaycan kuboku yarışlarının final oyununda yaşananlara görə ziyana düşüb.

 

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü