Modern.az

Bu gün Konfrans Liqasının FİNALIDIR

Bu gün Konfrans Liqasının FİNALIDIR

İdman

7 İyun 2023, 08:32

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər.

 

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.

 

UEFA Konfrans Liqası
Final
7 iyun


23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

 

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür