Modern.az

“Paris-2024”də Azərbaycan heyətinə o rəhbərlik edəcək

“Paris-2024”də Azərbaycan heyətinə o rəhbərlik edəcək

İdman

7 İyun 2023, 13:57

“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri (şef-de-mission) müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.

 

Rauf Hacılı 2023-cü ildə X beynəlxalq Abilimpiya çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

 

Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları gələn il avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən 2024-cü ilin avqustunda Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli Paralimpiya komandası üçün orada təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin 7-8 idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunacağı gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı