Modern.az

Konfrans Liqasının qalibi bəlli oldu

Konfrans Liqasının qalibi bəlli oldu

8 İyun 2023, 08:13

İngiltərənin "Vest Hem" futbol klubu Konfrans Liqasının final oyununda İtaliyanın "Fiorentina" komandası ilə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, Praqada keçirilən oyunda İngiltərə klubu 2:1 hesabı ilə qalib gəlib.

 

İngiltərə komandasının qollarını Said Benrahma (62-ci dəqiqə, penalti) və Cerrod Bouen (90-cı dəqiqə) vurub. "Fiorentina"nın heyətində 67-ci dəqiqədə Cakomo Bonaventura fərqlənib.

 

Beləliklə, Konfrans Liqasının qalibi "Vest Ham" olub.

 

Qeyd edək ki, Konfrans Liqası Avropa Liqası və Çempionlar Liqasından sonra Avropada üçüncü ən vacib yarışdır. Turnir 2021/2022-ci ildən keçirilir. Bundan əvvəl liqasının qalibi İtaliya “Roma”sı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir