Modern.az

III Avropa Oyunlarında ölkəmizi onlar təmsil edəcək

III Avropa Oyunlarında ölkəmizi onlar təmsil edəcək

8 İyun 2023, 12:34

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, yarışda milli komandanın 11 üzvü qüvvəsini sınayacaq.

 

Qadın sablyaçılardan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç, kişilərdən isə Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Ayxan Xasıyev yarışda medal qazanmağa çalışacaqlar.

 

Azərbaycanı şpaqa növündə isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.

 

Qeyd edək ki, III Avropa oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?