Modern.az

Millimizin rəqibləri bəlli oldu 

Millimizin rəqibləri bəlli oldu 

8 İyun 2023, 19:25

Bu gün 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.

 

Modern.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq.

 

Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun matçı da rəqib zalında keçirəcək.

 

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir