Modern.az

Məkkədə özümü xoşbəxt hiss edirəm- Kərim Benzema

Məkkədə özümü xoşbəxt hiss edirəm- Kərim Benzema

9 İyun 2023, 11:34

Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına yeni transfer olunan fransalı futbolçu Kərim Benzema maraqlı müsahibə verib.

 

Modern.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanında olduğuna görə özünü xoşbəxt hiss etdiyini deyib.

 

""Əl-İttihad" komandasının stadionu qeyri-adidir. Burada böyük həvəs var. Mən Səudiyyə Ərəbistanında olmaqdan xoşbəxtəm. Ərəb dilini öyrənmək və səlis danışmaq istəyirəm", - məşhur futbolçu deyib.

 

O, Məkkə şəhərinə yaxın olmaqdan məmnunluq duyduğunu söyləyib: "Hiss edirəm ki, insanlar məni həqiqətən sevirlər. Məkkə buraya yaxındır. Ona görə də özümü yaxşı hiss edəcəyim məkandır".

 

Xatırladaq ki, bundan öncə Benzema "Real Madrid" komandasında oynayıb. Hazırda transfer olunduğu "Əl-İttihad" klubu ilə 3 illik müqavilə imzalayıb.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır