Modern.az

Acun Ilıcalı daha bir futbol klubunu ALDI

Acun Ilıcalı daha bir futbol klubunu ALDI

9 İyun 2023, 11:32

Türkiyəli iş adamı Acun Ilıcalı İrlandiya Premyer Liqasının tarixi klublarından biri olan "Shelbourne"nin səhmlərini alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ilıcalı özünün tvitter səhifəsində paylaşım edib.

 

"Məqsədimiz "Shelbourne" klubu ilə birlikdə Avrokuboklarda iştirak etmək, mühüm uğurlara imza atmaq və bir çox istedadları dünya futboluna gətirməkdir. İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə tam inanırıq",-tanınmış iş adamı yazıb.

 

Qeyd edək ki, Acun Ilıcalı "Hall Siti" klubunun da sahibidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir