Veteran cüdoçularımız Avropa çempionu oldular 

Veteran cüdoçularımız Avropa çempionu oldular 

9 İyun 2023, 22:57

Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıblar.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, ikinci yarış günündə M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançı mübarizə aparıb.

 

M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?