Modern.az

"Mançester Siti"də ciddi itki - Kevin zədələndi

İdman

10 İyun 2023, 23:39

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne ikinci dəfə UEFA Çempionlar Liqasının final oyununda mübarizəni erkən başa vurub.

 

Modern.az xəbər verir ki, futbolçu "İnter"lə matçda zədə səbəbindən meydanı tərk edib.

 

Turnirin 2022-2023-cü il mövsümünün həlledici matçında Kevin De Bruyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

 

Otuz iki yaşlı yarımmüdafiəçi ikinci dəfə UEFA Çempionlar Liqasının final matçını başa vura bilməyib. 2020-2021-ci il mövsümündə “Çelsi”nin heyətində çıxış edən futbolçu 60-cı dəqiqədə əvəzlənib. İlk hissədə Kay Havertsin qolu sayəsində qələbəni London komandası qazanıb.

 

Qeyd edək ki, hazırda “Mançester Siti” – “İnter” matçı davam edir və oyunda hesab açılmayıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü