Modern.az

“Qarabağ” dünya reytinqində gerilədi, “Neftçi” irəlilədi

“Qarabağ” dünya reytinqində gerilədi, “Neftçi” irəlilədi

İdman

13 İyun 2023, 09:36

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Modern.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

 

“Köhlən atlar” ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb. 67 xala malik "Neftçi" 21 pillə irəliləyərək 287-ci olub.

 

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 313 xalla birincidir. İngiltərə "Mançester Siti"si 279 xalla ikinci sıraya yüksəlib. İlk "3-lüy"ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü