Modern.az

"Qəbələ” daha iki futbolçu ilə vidalaşdı

İdman

13 İyun 2023, 21:06

"Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak əyalət təmsilçisini tərk edib.

 

2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner isə 7 oyun keçirib.

 

Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü