"Ermənistan atıcılıq komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyə hazırdır".
Modern.az xəbər verir ki, bunu Ermənistan komandasının baş məşqçisi Seyran Nikoğosyan "Sputnik Armenia"ya bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanəti verilərsə, bu, reallaşa bilər: "Atıcılar avqustun 14-dən sentyabrın 3-dək keçiriləcək turnirə gedəcəklər, ya yox, hələlik bilmirik".
"Amma təhlükəsizlik zəmanəti tələbi ilə məktub artıq ünvanlanıb, hələ ki, cavab yoxdur", - deyə baş məşqçi əlavə edib.