Modern.az

“Zirə” 4 futbolçu ilə yollarını ayırdı

“Zirə” 4 futbolçu ilə yollarını ayırdı

İdman

15 İyun 2023, 08:02

Bakının “Zirə” klubu dörd futbolçu ilə yollarını ayırıb.


Modern.az kluba istinadən xəbər verir ki, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donald Gerye ilə klub arasında imzalanmış müqavilə başa çatıb.

 

“Zirə” futbolçulara klub üçün göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.


Qeyd edək ki, “Zirə” yay fasiləsində Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileudur və Cəlal Hüseynovla da yolları ayırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi