Məşhur futbolçu Kristiano Ronaldo ilə sevgilisi Georgina Rodrigez arasında imzalanan müqavilə dünya mediasının gündəminə düşüb.
Modern.az xəbər verir ki, sözügedən müqaviləyə əsasən, əgər cütlük ayrılarsa, Ronaldo sevgilisi Rodrigezə ayda 109 min dollar ödəyəcək.
Xatırladaq ki, bir müddət əvvəl cütlüyün ayrılacağı iddialar gündəmə gəlmişdi. Lakin sözügedən iddialar Ronaldonun anası tərəfindən qəti şəkildə təkzib edilmişdi.