Futbol üzrə İngiltərə Premyer Liqasının 2023-2024-cü il mövsümünün püşkü atılıb.
Modern.az xəbər verir ki, turnirin açılış matçı avqustun 11-də olacaq.
“Bernli” hazırkı çempion “Mançester Siti” ilə qarşılaşacaq.
Premyer Liqada mövsümün son turu gələn il mayın 19-da keçiriləcək.
Qeyd edək ki, geridə qalan mövsüm “Mançester Siti” çempion olub. İkinci yeri “Arsenal”, üçüncü yeri isə “Mançester Yunayted” tutub.