Modern.az

Erməni idmançılar Bakıya gəlmək üçün müraciət etdilər

Erməni idmançılar Bakıya gəlmək üçün müraciət etdilər

İdman

15 İyun 2023, 17:20

"Dünya çempionatının başlanmasına təxminən 2 ay vaxt qalsa da, artıq 32 ölkə bizə müraciət ünvanlayıb. Onlardan biri də Ermənistandır".

 

Bu barədə Modern.az-a Azərbaycan Atıcılıq Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, iştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib:

 

"Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir".

 

Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən, sentyabrın 3-dək davam edəcək.

Bu xəbər ilə bağlı
Ermənistan atıcılıq komandası Bakıya gəlmək istəyir
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM