Modern.az

Millimiz dünya reytinqində irəlilədi

Millimiz dünya reytinqində irəlilədi

İdman

16 İyun 2023, 09:56

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, son Avropa çempionatının qalibi olan Azərbaycan yığması yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var.

 

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi