Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Modern.az xəbər verir ki, F qrupunda yer alan yığma 3-cü turda Estoniyanı qəbul edəcək.
“Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.
Qarşılaşmanı çexiyalı FIFA referisi Ondrjey Berka idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun
20:00. Azərbaycan - Estoniya
Baş hakim: Ondrjey Berka
Bakı, “Dalğa Arena”
Xal durumu: Avstriya - 6, Belçika - 3, Belçika - 3 (1 oyuna), İsveç - 3, Estoniya - 0 (1 oyuna), Azərbaycan - 0.