Modern.az

Ağayev Avropa çempionatının açılış oyununu idarə edəcək

Ağayev Avropa çempionatının açılış oyununu idarə edəcək

İdman

19 İyun 2023, 15:06

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, iyulun 21-də Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.

 

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

 

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması 9 iyulda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi