Modern.az

Sergen Yalçın "Neftçi"yə baş məşqçi gətirilir?

Sergen Yalçın

İdman

19 İyun 2023, 17:29

Türkiyəli futbol məşqçisi Sergen Yalçının karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.

 

Modern.az bildirir ki, "Neftçi" klubunun 50 yaşlı mütəxəssisin xidmətində maraqlı olduğu iddia edilir.

 

İddiaya görə, Laurentsiu Regekampfı istefaya göndərməyə hazırlaşan "Neftçi"nin Yalçınla ilkin danışığı müsbət alınıb. Ancaq Türkiyə mətbuatında yer alan xəbərdə qeyd olunub ki, Sergen Yalçın bu iddiaları təkzib edib. 

 

Jurnalist Gökmen Özcan Sergen Yalçınla telefon əlaqəsi saxladığını bildirib. O, Yalçının "Neftçi" ilə anlaşması barədə iddiaları təkzib etdiyini, ancaq "qapını tam bağlamadığını" vurğulayıb.

 

Xatırladaq ki, Sergen Yalçının sonuncu iş yeri "Beşiktaş" klubu olub. Mütəxəssis 2021-ci ilin dekabrında istefaya göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi