Türkiyəli futbolçu, "Fənərbaxça" və “Beşiktaş” klublarının keçmiş, “Çaykur Rizəspor”un hazırkı oyunçusu Gökhan Gönül karyerasını başa vurub.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
Türkiyə milli komandasının üzvü 25 illik futbol həyatı ilə vidalaşdığını bildirib. "Deyəcək sözlər, seçim etməkdə çətinlik çəkdiyim yüzlərlə xatirələr var. Bu gün yalnız ən səmimi şəkildə sizinlə vidalaşmaq istədim", - Gökhan Gönül qeyd edib.
O, bütün komanda yoldaşlarına təşəkkür edib: "Bu gün keçmiş 25 ilimə nəzər salaraq, mənə bütün qəlbimlə töhfə verən bütün pərəstişkarlarıma təşəkkür etmək istəyirəm".
Qeyd edək ki, Gökhan Gönül 601 oyuna çıxıb, 25 qol vurub, 77 məhsuldar ötürmə edib. O, “Beşiktaş”la 1, “Fənərbaxça” ilə 2, “Fənərbaxça” ilə 2 Türkiyə kuboku və “Fənərbaxça” ilə 3 Super Liqa çempionluğu qazanıb.