Modern.az

Taekvondo Federasiyasına vitse-prezident seçildi 

Taekvondo Federasiyasına vitse-prezident seçildi 

İdman

20 İyun 2023, 21:48

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

ATF-dan Modern.az-a verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.

 

ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Hikmət Səmədovun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib. Səsvermə nəticəsində Hikmət Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.

 

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında digər təkliflər səsə qoyularaq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi