İdman sahəsində kifayət qədər uğurlarımız var. İstəyirik ki, komandalarımız nəticə əldə etsinlər.
Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
Nazir çıxışı zamanı ölkə futbolunun hazırkı durumundan da söz açıb. Bildirib ki, böyük futbolda vəziyyət bir az fərqlidir: "Hesab edirəm ki, işi düzgün qurmamışıq".