Modern.az

“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

İdman

21 İyun 2023, 14:08

“Neftçi” klubu baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb.

 

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyunda keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.

 

Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçının olması gözlənilir.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi