Türkiyəli baş məşqçi Sergen Yalçın "Neftçi" klubu ilə danışıqları başa vurub.
Modern.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Gürler Akgün özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, mütəxəssis qərarını bildirmək üçün vaxt istəyib.
Türkiyəli futbol məşqçisi Sergen Yalçının karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. Onun sonuncu iş yeri "Beşiktaş" klubu olub. Mütəxəssis 2021-ci ilin dekabrında istefaya göndərilib.
Qeyd edək ki, "Neftçi" bu gün rumıniyalı baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.