Modern.az

“Qarabağ” Avstriyaya yollanır

“Qarabağ” Avstriyaya yollanır

İdman

22 İyun 2023, 11:22

Azərbaycan çempionu “Qarabağ” Avstriyaya yollanır.

 

Modern.az-ın məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

 

Təmsilçimiz təlim-məşq toplanışı üçün bu ölkəyə yola düşür. Qurban Qurbanovun yetirmələri mövsümün hazırlığını Tirolda gerçəkləşdirəcək.

 

“Qarabağ” Avstriyada 3 yoxlama görüşü keçirəcək. Ağdamlılar iyunun 27-də “Ferentsvaroş”, iyulun 1-də isə “Legiya” ilə üz-üzə gələcək. Sonuncu rəqib hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə görüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi