Modern.az

Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat aldı

Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat aldı

İdman

22 İyun 2023, 17:08

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatında təyinat aldığı növbəti oyun bəlli olub.

 

Modern.az-ın məlumatına görə, ədalət təmsilçisi C qrupunun ikinci turundakı Çexiya - Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcək.

 

Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi