Modern.az

"Neftçi" Sergen Yalçınla razılığa gələ bilmədi 

İdman

23 İyun 2023, 00:23

Türkiyəli futbol məşqçisi Sergen Yalçın "Neftçi" komandası ilə razılıq əldə edə bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, tərəflər Bakıda keçirilən görüş zamanı maliyyə ilə bağlı razılığa gələ bilməyiblər.  

 

Məlumata görə, Konfrans Liqası və Azərbaycan Premyer Liqası ilə bağlı hədəflərdə də fikir ayrılığı yaşanıb.  

 

Onun sonuncu iş yeri "Beşiktaş" klubu olub. Mütəxəssis 2021-ci ilin dekabrında istefaya göndərilib.

 

Qeyd edək ki, "Neftçi" baş məşqçisi Laurentsiu Regekampfla müqaviləyə vaxtından əvvəl xitam verib. 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi