Modern.az

Ərəblər dünya çempionatına ev sahibliyindən İMTİNA ETDİ

Ərəblər dünya çempionatına ev sahibliyindən İMTİNA ETDİ

İdman

23 İyun 2023, 08:00

Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına namizədliyini geri götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Feysəl Bin Fərhan Əl Səud məlumat yayıb. 

 

Onun sözlərinə görə, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdıran Səudiyyə Ərəbistanı imtina qərarı verib.

 

Bildirilib ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün məşhur futbol əfsanələrini ölkəyə gətirməyi planlaşdırırdı. Hətta ölkədə bu məqsədlə klublar üçün 20 milyard avroluq transfer büdcəsinin yaradıldığı deyilirdi.

 

Qeyd edək ki, 2030-cu il dünya çempionatının keçiriləcəyi yer 2024-cü ilin sentyabrında müəyyənləşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi