Modern.az

Mbappe “Real”a keçir - Razılıq əldə olundu

Mbappe “Real”a keçir - Razılıq əldə olundu

İdman

23 İyun 2023, 09:06

"Real Madrid" klubu bu yay 24 yaşlı fransalı hücumçu Kilian Mbappeni transfer etmək üçün Fransanın PSJ klubu ilə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bununla bağlı “PSJ Community” nəşri məlumat yayıb.

 

Məlumata görə, "Kral klubu" transfer üçün 200 milyon və 50 milyon avro da bonus ödəyəcək.

 

Qeyd edək ki, Mbappe PSJ-də daha bir mövsüm keçirməyə hazır olduğunu, lakin gələn yay müqaviləsini yeniləməyəcəyini və azad agentə çevriləcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu