Modern.az

Boksçumuz 1/8 finala yüksəldi

Boksçumuz 1/8 finala yüksəldi

İdman

23 İyun 2023, 17:34

Azərbaycan boksçusu Malik Həsənov Polşada keçirilən III Avropa Oyunlarında 1/8 finala yüksəlib.

 

Modern.az xəbər verir ki, idmançı 63,5 kq çəki dərəcəsindəki ilk görüşündə qələbə qazanıb.

 

O, 1/16 final mərhələsində polşalı Roskoviç Bartlomeyi 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28) hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, bu gün Azərbaycanın digər boksçusu Ümid Rüstəmov (57 kq) ilkin mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi