Modern.az

UEFA məşhur klubu Konfrans Liqasından qovdu

UEFA məşhur klubu Konfrans Liqasından qovdu

24 İyun 2023, 07:56

UEFA “Osasuna” klubunun 2023/2024-cü illər mövsümündə Konfrans Liqasında iştirakını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Osasuna”nın mətbuat xidməti məlumat yayıb.

 

Mövsümün sonunda “Osasuna” İspaniya çempionatının turnir cədvəlində yeddinci yeri tutaraq, Konfrans Liqasında oynamaq hüququ qazanıb. İyunun 7-də “Mundo Deportivo” qəzeti UEFA-nın “Osasuna”ya qarşı 2012/2013-cü və 2013/2014-cü illər mövsümlərində danışılmış oyunlarda iştirak etdiyinə görə iş açdığını yazıb.

 

Klubun prezidenti də daxil olmaqla, İdarə heyətinin üzvləri mənimsəmə, sənədlərin saxtalaşdırılması və korrupsiya ilə bağlı cinayətlərdə ittiham olunur.

 

Klubun mətbuat xidməti UEFA-nın qərarı ilə razılaşmadıqlarını və cəzanın qaldırılması üçün etiraz edəcəklərini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi