Özbəkistan 2024-cü ildə ilk dəfə futzal üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Qərar Beynəlxalq Futbol Federasiyasının İdarə Heyətinin iclasında qəbul edilib. Turnir Daşkənddə keçiriləcək.
Qeyd edək ki, hazırda Portuqaliya futzal üzrə dünya çempionudur.