Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov vəzifəsindən istefa verib.
Modern.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Əziz və doğma kollektivim! Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi. Hər birinizə gələcəkdə nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!", - R. Abbasov yazıb.
Qeyd edək ki, Raqif Abbasov 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.