Modern.az

Əliyar Ağayev İngiltərə-Almaniya oyununu idarə edəcək

Əliyar Ağayev İngiltərə-Almaniya oyununu idarə edəcək

26 İyun 2023, 10:20

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq.

 

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

 

Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi