Modern.az

Avropa Oyunları: İki idmançımız pley-offa yüksəlib

Avropa Oyunları: İki idmançımız pley-offa yüksəlib

İdman

27 İyun 2023, 13:40

Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.

 

Modern.az xəbər verir ki, təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər. Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

 

Qeyd edək ki, Oyunların arxada qalan altı günündə Azərbaycan səkkiz medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürünc əyarlıdır. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc mükafat əldə ediblər.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi