Modern.az

Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəldi

Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəldi

İdman

27 İyun 2023, 17:30

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb.

 

Modern.az-ın məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib.

 

İlk görüşündə Mixal Takacsi (Slovakiya) mübarizədən kənarlaşdıran Əliyev yenə rinqdən qalib ayrılıb. O, Madiyevi 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edib.

 

Sərxan 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

 

Qeyd edək ki, bu gün daha 3 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə döyüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi