Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” ilk əcnəbi transferini edib.
Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, mərakeşli müdafiəçi Sofian Çakla Premyer Liqanın gümüş mükafatçısı ilə anlaşıb.
29 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Çakla “Sabah”da 44 nömrəli formanı geyinəcək.