Modern.az

Azərbaycan medal sıralamasında iki pillə gerilədi

Azərbaycan medal sıralamasında iki pillə gerilədi

İdman

28 İyun 2023, 11:55

Polşada keçirilən III Avropa Oyunlarının səkkizinci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

 

Modern.az xəbər verir ki, ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada daha iki pillə geriləyərək, 24-cü sıraya enib.

 

İlk “üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya İtaliya (19 qızıl, 19 gümüş, 25 bürünc) başçılıq edir. İspaniya (18 qızıl, 11 gümüş, 14 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (17 qızıl, 10 gümüş, 7 bürünc) 3-cü yerdə qalıb.

 

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi