Modern.az

Kikboksçumuz Avropa Oyunlarında yarımfinala YÜKSƏLDİ

Kikboksçumuz Avropa Oyunlarında yarımfinala YÜKSƏLDİ

İdman

30 İyun 2023, 13:15

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.

 

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.

 

Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır