Modern.az

Qılıncoynadalarımız uduzdu - YENİLƏNİB

Qılıncoynadalarımız uduzdu - YENİLƏNİB

İdman

30 İyun 2023, 15:30

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala yüksələ bilməyib.

 

Modern.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 1/8 finalda İtaliya yığmasına uduzub - 42:45.

 

Azərbaycan millisi 5-ci yer uğrunda mübarizə aparacaq.

 

***

14:07

 

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında 1/8 final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "8-liy"ə yüksəlmək uğrunda qarşılaşmada Rumıniya yığması ilə üz-üzə gəlib.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 45:42 hesablı qələbə qazanan Azərbaycan 1/4 finala vəsiqə əldə edib.

 

Milli komanda yarımfinala gedən yolda İtaliya seçmə kollektivi ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi