Modern.az

Cüdoçularımız mübarizəni dayandırdı

Cüdoçularımız mübarizəni dayandırdı

İdman

1 İyul 2023, 14:41

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarının qarışıq komanda yarışında mübarizəni dayandırıb.

 

Modern.az xəbər verir ki, cüdoçularımız səkkizdəbir final mərhələsində Fransa seçməsi ilə qarşılaşıblar. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Günel Həsənli (70 kq), Nigar Süleymanova (+70 kq), Vüqar Talıbov (90 kq) və Camal Həmzətxanov (+90 kq) tatamidən məğlub ayrılıblar.

 

Komandamız ilk görüşündə Çexiya millisini 4:1 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, komanda yarışları bu gün başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi