Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçisi təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı məşqçilik karyerasına 2017-ci ildə Mersisayd klubunun gənclər komandasında başlayıb. 2019-cu ildə ingiltərəli mütəxəssis “Reyncers”i çalışdırıb, üç ildən sonra “Aston Villa”ya keçib.
2022-ci ilin oktyabrında “Aston Villa”dan istefaya göndərilib.