Modern.az

“Qarabağ” sonuncu yoxlama oyununa çıxır

“Qarabağ” sonuncu yoxlama oyununa çıxır

İdman

4 İyul 2023, 09:20

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün sonuncu yoxlama oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, ölkə çempionu Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gələcək.

 

Vörgl stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, "köhlən atlar" ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Komanda ikinci matçında Polşanın "Legiya" klubuna uduzub - 0:2.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi