Modern.az

Stolüstü tennisçilər Çinə yollandılar

Stolüstü tennisçilər Çinə yollandılar

İdman

4 İyul 2023, 14:20

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcək.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, komanda iyulun 4-də start götürəcək hazırlıq prosesi üçün sözügedən ölkəyə yollanıb.

 

Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə qatılacaq.

 

Qeyd edək ki, yığma avqustun ikinci yarısında Fransanın Strasburq şəhərindəki Avropa çempionatında da mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi