Modern.az

"Qəbələ" heyətini israilli futbolçu ilə gücləndirib

İdman

4 İyul 2023, 19:45

Yeni mövsümün hazırlaşan "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

 

Modern.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Gilad Avramovun keçidini rəsmiləşdirib.

 

İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

23 yaşlı futbolçu peşəkar karyerasına 2018/2019 mövsümündə ölkəsinin "Hapoel" (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi