Modern.az

Formula 1 Bakıda sentyabrda KEÇİRİLƏCƏK

“Formula 1” Bakıda sentyabrda KEÇİRİLƏCƏK

İdman

5 İyul 2023, 17:52

2024-cü ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Bakı şəhər halqasında keçiriləcək yarış sentyabrın 13-15-də nəzərdə tutulub.

 

Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-Prisi ilə start veriləcək. İlin son yarışı isə dekabrın 6-8-də Abu-Dabidə olacaq.

 

Qeyd edək ki, Azərbaycan Qran-Prisi ilk dəfə sentyabra təsadüf edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi