İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike Fransanın "Paris Sen-Jermen" (PSJ) klubunun baş məşqçisi təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Luis Enrike ilə iki illik müqavilə imzalanıb. “Yeni təcrübə əldə etmək üçün Parisə gəldiyimə görə xoşbəxtəm. Yeni insanlarla tanış olmaq, yeni şəhərdə yaşamaq, yeni dil öyrənmək və hər şeydən əvvəl PSJ-ni məşq etdirmək həmişə maraqlıdır”, - Enrike bildirib.
53 yaşlı Luis Enrike Qətərdə keçirilən dünya çempionatında komandanın uğursuz çıxışından sonra İspaniya millisinin baş məşqçi postunu tərk edib.