Türkiyənin "Fənərbağça" klubu futbolçusu Arda Güleri İspaniyanın "Real Madrid" komandasına satıb.
Modern.az xəbər verir ki, İstanbul təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin transferi üçün "kral klubu" ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bəyan edib.
İddialara əsasən, madridlilər gənc oyunçu üçün Türkiyə komandasına 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonus şəklində "Fənərbağça"nın hesabına köçürüləcək. Bundan başqa, "bülbüllər" futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Məlumata görə, yarımmüdafiəçi xüsusi təyyarə ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilənin imzalanacağı deyilir.
Qeyd edək ki, "Gənclərbirliyi" komandasının yetirməsi olan Arda Güler 2019-cu ildən "Fənərbağça"da çıxış edib.